Millimiz Bolqarıstanı uddu

Millimiz Bolqarıstanı uddu
Qadın voleybolçular arasında AVRO-2015-in II təsnifat mərhələsində ilk dövrəyə yekun vurulub. Fanat.az xəbər verir ki, Azərbaycan yığması üçüncü oyununu Bolqarıstana qarşı keçirib.
Portuqaliyaya uduzub, Yunanıstanyı yenən Faiq Qarayevin yetirmələri meydan sahiblərindən də üstün olaraq ardıcıl ikinci qələbələrini qazanıblar.  3 xal qazanacaqları halda qrupda 1-ci yerə yüksəlmək imkanı olan yığmamız bu vəzifənin öhdəsindən gələ bilməyib. Komandamız yalnız tay-brekdə qalib gəldiyindən cəmi 2 xal əldə edib. Bu isə meydan sahiblərini zirvədə saxlayıb. Yığmamız isə yalnız 2-ci olub.
Qrupumuzun digər oyununda isə Yunanıstan və Portuqaliya milliləri bir-birlərini sınağa çəkib. Millimizi məğlub edən pireneylilər Ellada təmsilçisi qarşısında aciz qalaraq sonuncu olublar.
 
AVRO-2015
Seçmə mərhələ
D qrupu, III tur 
24 may
Yunanıstan - Portuqaliya 3:1 (25:17, 21:25, 25:15, 25:19)
Hakimlər: Ebru Kaya (Türkiyə), Rudina Omari (Albaniya).
Sofiya, Xristo Botev Salonu.
 
Azərbaycan - Bolqarıstan 3:2 (17:25, 25:22, 19:25, 25:20, 15:8)
Hakimlər: Aleksandr Pavlov (Rusiya), Boyan Bardiç (Xorvatiya).
Sofiya, Xristo Botev Salonu.

1

Bolqarıstan

3

2

1

8-3

250-204

7

2

Azərbaycan

3

2

1

8-6

316-292

6

3

Yunanıstan

3

1

2

4-7

224-248

3

4

Portuqaliya

3

1

2

4-8

233-279

2

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər