Millilərimizdən inamlı qələbə

Millilərimizdən inamlı qələbə
Norveçin Tromse şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında 1 günlük fasilə başa çatıb. Fanat.az xəbər verir ki, bu gün VI turunun qarşılaşmaları keçirilib.
Kişilərdən ibarət yığmamız Serbiyanı böyük hesabla yenib - 3,5:0,5. Qadın millimiz isə Puerto-Rikodan üstün olub - 3:1. 
Kişilər
Azərbaycan - Gürcüstan 3,5:0,5
Şəhriyar Məmmədyarov (2743) - Baadur Cobava (2713) 1:0
Teymur Rəcəbov (2724) - Mixail Mçedlişvili (2618) 0,5:0,5
Rauf Məmmədov (2659) - Qayoz Niqalidze (2542) 1:0
Qədir Hüseynov (2613) - Konstantin Şanava (2563) 1:0
 
Qadınlar
Puetro-Riko - Azərbaycan 1:3
Nataşa Morales (1726) - Zeynəb Məmmədyarova (2229) 1:0
Keyşla Veqa Ximenes (1664) - Gülnar Məmmədova (2334) 0:1
Jenid Fiqeroa (1454) - Xəyalə Abdulla (2286) 0:1
Rineli Komas (1762) - Türkan Məmmədyarova (2274) 0:1
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər