Milli üzvləri "Araz"a döndülər

Milli üzvləri "Araz"a döndülər

Azərbaycan futzalının ən tanınmış simalarından olan Rəcəb Fərəczadə və Rizvan Fərzəliyev cari mövsüm üçün seçimlərini ediblər. Fanat.az xəbər verir ki, milli komandamızın üzvləri köhnə-təzə komandalarına dönüblər.

Uzun illər "Araz"ın şərəfini qorumuş təcrübəli futzalçılar ötən mövsümü "Ekol"un sıralarında keçirib. Bu ildən isə tandem yenidən Joze Alesio da Silvanın rəhbərlik etdiyi kluba dönüblər. Hər iki oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər