Berti Foqts milli komandamıza yeni futbolçu dəvət edib. Fanat.az xəbər verir ki, İsveçin "Kalmar" klubunda çıxış edən Emin Nuri Özbəkistanla oyuna çağırılıb.
Emin Bolqarıstan türküdü. 1985-ci ildə bu ölkədə doğulan müdafiəçi İsveç futbolunun yetirməsidi. O, 2004-2008-ci illərdə "Östers"də çıxış edib (87 oyun, 3 qol). 2008-ci ildə "Kalmar"a transfer olunan futbolçu bu komandada 154 oyun keçirib və 3 qol vurub. 2006-cı ildə İsveç U-21-nə dəvət alan futbolçu 2 oyun keçirib.
Fanat.az