17 yaşadək futbolçulardan ibarət millimiz Qazaxıstanda təşkil olunacan Prezident Kubokunda iştirak edəcək. Fanat.az xəbər verir ki, Mirbağır İsayevin yetirmələri 25-29 iyun aralığında Astanada təşkil olunacaq yarışa qatılacaq.
Milli komandamız B qrupunda mübarizə aparacaq. Bu qrupda yığmamızla yanaşı, Tacikistan, İspaniya və İran milliləri də çıxış edəcək. A qrupunda isə Gürcüstan, Qırğızıstan, Çin və Qazaxıstan yığmaları düşüb.
Fanat.az