Qadın voleybolçular arasında Avropa çempionatının II təsnifat mərhələsinə yekun vurulub. Fanat.az xəbər verir ki, Bakıda keçirilən D qrupunun son turunda Azərbaycan millisi Bolqarıstan yığması ilə üz-üzə gəlib.
Bu oyun voleybolçularımız üçün xüsusi əhəmiyyət daşısa da, komandamız lazımı oyunu göstərə bilməyib. Nəticədə komandamız 1:3 hesabı ilə yenilib. Bununla da Bolqarıstan qrup qalibi kimi Belçika və Hollandiyanın ev sahibliyi edəcəyi final mərhələsinə yüksəlib. Millimiz isə "pley-off"da mübarizəni davam etdirəcək.
VI turun digər matçında Yunanıstan Portuqaliyanı sınağa çəkib. Görüş portuqaliyalıların qələbəsi ilə yekunlaşıb. Onlar bununla da rəqiblərini sonuncu sıraya göndəriblər.
AVRO-2015
Seçmə mərhələ
D qrupu, VI tur
31 may
Bolqarıstan - Azərbaycan 3:1 (25:14, 25:18, 14:25, 25:19)
Hakimlər: Aleksandr Pyasetski (Belarus), Aleksandr Ryabtsov (Rusiya).
Bakı, Voleybol Mərkəzi.
Yunanıstan - Portuqaliya 2:3 (24:26, 21:25, 25:22, 25:21, 13:15)
Hakimlər: Nurper Özbar (Türkiyə), Aleksey Skibitski (Ukrayna).
Bakı, Voleybol Mərkəzi.
| 1 | Bolqarıstan | 6 | 5 | 1 | 17-5 | 509-390 | 16 |
| 2 | Azərbaycan | 5 | 4 | 1 | 15-10 | 557-520 | 12 |
| 3 | Portuqaliya | 6 | 2 | 4 | 8-16 | 477-562 | 4 |
| 4 | Yunanıstan | 6 | 1 | 5 | 7-16 | 456-527 | 4 |
Fanat.az