"Xəzər Lənkəran"la "Qarabağ" Türkiyənin Manisa şəhərində baş verən faciədə həlak olanları yad edib. Fanat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyundan əvvəl bir dəqiqəlik sükut elan olunub.
Qeyd edək ki, Manisadakı Soma kömür mədənində qəza baş verib. Nəticədə 301 nəfər həlak olub, çox sayda insan yaralanıb. Topaz Premyer Liqasının son turunda faciədə həlak olanlar yad edilib.
Fanat.az