Mais Mənsimov: "Şəxsən mənə hesabat verəcək" - MÜSAHİBƏ

Mais Mənsimov: "Şəxsən mənə hesabat verəcək" - MÜSAHİBƏ
“Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimovun müsahibəsi
 
- Oğuz Çətinin baş məşqçi vəzifəsinə təyin olunması Mustafa Dənizlinin istefasından təxminən 3 həftə sonra rəsmən elan edildi. Qərarın bu qədər gec verilməsinin səbəbi nə idi?
- Dənizli ilə yolların ayrılmasından dərhal sonra komandaya rəhbərlik Oğuz Çətinə tapşırıldı. Çempionatın son turunda da komandanı meydana məhz o çıxarmışdı. Amma bu məsələdə son söz klubun fəxri prezidentinin idi. Yekun qərar verildikdən sonra təyinat rəsmiləşdi.
 
- Mustafa Dənizlinin istefasından sonra söyləmişdiniz ki, onunla fikirləriniz üst-üstə düşmədi. Bəs Dənizli ilə birlikdə komandaya gələn Oğuz Çətinin fikirləri və baxışları sizə daha yaxındı?
- Oğuz Çətinlə hələ çempionatın son turundan öncə ətraflı müzakirələr aparmışıq, komandanın vəziyyəti ilə bağlı geniş fikir mübadiləmiz olub. O, artıq altı aydı komandanın daxilindədi və bu müddət ərzində yol verilən nöqsanlar, mövcud olan çatışmazlıqlar barədə tam məlumatlıdı. Problemləri görmək məsələnin bir tərəfidi. Mövcud olan problemləri tez bir zamanda aradan qaldırmaq lazımdı. Burada isə Çətin bilik və bacarığını ortaya qoymalıdı. Klub rəhbərliyi bu işdə ona tam olaraq güvənir.
 
- Transfer siyasətində hər hansı bir dəyişiklik olacaqmı?
- Klub olaraq transfer işində məşqçilərə lazım olan şəraiti daim tam olaraq yaratmışıq. Son transfer dövründə də Dənizlinin istəyi ilə komandaya kifayət qədər istər yerli, istər xarici futbolçu cəlb olundu. Bütün bunlar heç də az olmayan vəsaitin hesabına başa gəldi. Əlbəttə ki, bu transferləri müqabilində baş məşqçinin qarşısında mövsümü yaxşı nəticə ilə başa vurmaq öhdəliyi qoyulmuşdu. Amma nəticədə, təəssüf ki, gözlədiklərimizin və söz verilənləri tam əksi oldu.
 
- Mustafa Dənizlinin mətbuatda yayılan son açıqlamalarında onun klubda qalacağı və rəhbər vəzifə tutacağı bildirilir. Bu nə dərəcədə doğrudu?
- Biz Mustafa Dənizli ilə dostcasına ayrıldıq. İşgüzar münasibətlərimiz sona çatdı, amma buna baxmayaraq təcrübəli mütəxəssislə dost olaraq qalacağıq. Oğuz Çətin isə artıq baş məşqçi olaraq işini görəcək və gördüyü işlər haqqında yalnız şəxsən mənə hesabat verəcək.
apasport.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər