"Karşıyaka"ya transfer olunan Mahir Şükürovun bu komanda ilə bağlı maraqlı xatirəsi var. Fanat.az xəbər verir ki, millimizin üzvü Türkiyədəki yeganə oyununu məhz İzmir təmsilçisinə qarşı keçirib.
Belə ki, Mahir 2004-cü ildə "Antalyaspor"a transfer olunub. O, həmin vaxt PTT 1-ci liqada çıxış edən Antalya təmsilçisinin heyətində cəmi bir rəsmi matça çıxıb. Bu matçda isə "Antalyaspor"un rəqibi məhz "Karşıyaka" olub. 2004-cü ilin 29 avqustunda İzmirdə keçirilən oyunda meydan sahibləri qələbə qazanıb - 3:2. Mahir bu matçda 45 dəqiqə oynayıb.
Fanat.az