Mahir Şükürov karyerasını Türkiyədə davam etdirəcək. Fanat.az xəbər verir ki, bu iddia ilə qardaş ölkə mətbuatı çıxış edib.
Həmkarlarımızın iddiasına görə, milli komandamızın üzvü "Karşıyaka"ya keçir. Baş məşqçi Yusuf Şimşəkin istəyi ilə klub rəhbərliyi Mahirlə danışıqlar aparıb və razılıq əldə edib.
Qeyd edək ki, Mahir artıq bir dəfə Türkiyədə çıxış edib. Belə ki, o, 2004-cü ildə "Antalyaspor"un formasını geyinib. 2010-cu ildə yenidən ölkə xaricinə çıxan futbolçu "Anji"in uğurları üçün çalışıb. Son olaraq "Neftçi"nin formasını geyinən millimizin üzvü əvvəllər "Gənclərbirliyi", "Şəfa", "Karvan", "İnter", "Xəzər Lənkəran", "Olimpik" və "Qəbələ"də çıxışıb.
Fanat.az