Mahir Şükürovun yeni klubu rəsmən müəyyənləşib. Fanat.az xəbər verir ki, millimizin üzvü karyerasını Türkiyədə davam etdirəcək.
Belə ki, müdafiəçi "Karşıyaka" klubuna keçib. PTT 1-ci liqa təmsilçisi onunla 1+1 şərti ilə müqavilə bağlayıb. Bu barədə klubunun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Mahir artıq bir dəfə Türkiyədə çıxış edib. Belə ki, o, 2004-cü ildə "Antalyaspor"un formasını geyinib. 2010-cu ildə yenidən ölkə xaricinə çıxan futbolçu "Anji"in uğurları üçün çalışıb. Son olaraq "Neftçi"nin formasını geyinən millimizin üzvü əvvəllər "Gənclərbirliyi", "Şəfa", "Karvan", "İnter", "Xəzər Lənkəran", "Olimpik" və "Qəbələ"də çıxışıb.
Fanat.az