Avroliqanın üçüncü təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA-nın əmsallar cədvəlində dəyişikliklər olub.Fanat.az xəbər verir ki, ölkəmiz siyahıda bir pillə irəliləyib. Avroliqada mübarizə aparan ölkə kubokunun sahibi "Neftçi" səfərdə Gürcüstan "Çixura"sı ilə qarşılaşdı və - 3:2 hesabıyla qalib gələrək mərhələ adladı. Nəticədə "ağ-qaralar" Azərbaycanın adının önünə əlavə 0,250 əmsal yazdırmış oldu. Hazırda 54 ölkə arasında 30-cu pillədəyik. Ölkəmizin hesabında 11,000 əmsal var ki, onun da 2,125-i bu yay qazanılıb. Bunun 0,750-si "İnter", 0,750-si "Qarabağ"ın, 0,625-i isə "Neftçi"nin fərasətinin nəticəsidi. Qeyd edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0,250 əmsal qazandırır. Heç-heçə 0,125-lə qiymətləndirilir. Qrup mərhələsində isə bərabərlik 0,250, qələbə 0,500 əmsalla dəyərləndirilir.
| ...28. | Sloveniya |
|
|
|
|
| 11,500 |
|
| 29. | Slovakiya |
|
|
|
|
| 11,000 |
|
| 30. | Azərbaycan |
|
|
|
|
| 11,000 |
|
| 31. | Macarıstan |
|
|
|
|
| 10,875 |
|
| 32. | Qazaxıstan |
|
|
|
|
| 10,375 |
...
|
Fanat.az