Macar diplomatların övladı millmizdə

Macar diplomatların övladı millmizdə
Azərbaycanın üzgüçülük üzrə yeniyetmələrdən ibarət milli komandasına macarıstanlı legioner cəlb olunub. Fanat.az xəbər verir ki, bu barədə yığmamızın məşqçisi Vaqif Nəsibov məlumat verib.
Nəcibovun sözlərinə görə, bu, 1998-ci il təvəllüdlü Dorian Fazekaşdı. Nəsibov bildirib ki, Fazekaşın valideynləri Macarıstanın Azərbaycandakı səfirliyində çalışırlar. Məhz onların razılığı ilə 16 yaşlı idmançı millimizə cəlb olunub. 
Sınaqdan uğurla keçən Dorian hazırda 50 metr məsafəyə brass üsulu ilə üzmə növündə qüvvəsini sınayır. Hətta onun yayda Çinin Nankin şəhərində keçiriləcək Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına lisenziya qazanma şansları da var. Bunun üçün üzgüçü 9 - 12 apreldə Belarusun Brest şəhərində keçiriləcək açıq çempionatda lisenziya normasını yerinə yetirməlidi.
Məlumatı Macarıstanın Azərbaycandakı səfirliyindən də təsdiqləyiblər. Diplomatik korpusdan bildirilib ki, Dorian Fazekaşın atası İştvan Fazekaş səfirlikdə attaşe, anası Stella Fazekaş isə administrasiya rəhbəri vəzifələrində çalışır. Onlar Azərbaycan vətəndaşlığını qəbul etməsələr də, övladları 10 illik “residence permit” (əcnəbi vətəndaşların ölkə ərazisində yaşaması) statusu ilə millimizə cəlb olunub: “Azərbaycan Üzgüçülük Federasiyası ilə Gənclər və İdman Nazirliyi səfirlik əməkdaşlarının övladının uşaqlıqdan üzgüçülüklə məşğul olduqları barədə məlumat alan kimi müraciət ediblər. Valideynləri də Dorianın Azərbaycan yığmasında çıxış etməsinə razılıq verib”.
lent.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər