Kurtardan 1, Pantiçdən 2 dəyişiklik

Kurtardan 1, Pantiçdən 2 dəyişiklik
Azərbaycan Kubokunun 1/4 final mərhələsində qarşılaşacaq "Rəvan" və "Bakı"nın baş məşqçiləri heyəti açıqlayıb. Fanat.az xəbər verir ki, hər iki mütəxəssis heyətdə dəyişiklik edib.
"Rəvan"ın baş məşqçisi Güvənc Kurtar yeni transfer, "Xəzər Lənkəran"la çempionat oyununda sonradan meydana çıxmış Dmitri Kruqlova start heyətində şans verib. Əvəzində Julio Sezarı ehtiyada saxlayıb. "Xəzər Lənkəran"la oyunda sarı vərəqə limitini doldurmuş braziliyalı növbəti Premyer Liqa matçını da buraxacaq.
"Bakı"nın baş məşqçisi Milinko Pantiç isə iki dəyişikliyə əl atıb. "Qarabağ"ı 0:4 hesablı məğlub olduqları oyunun start heyətində yer almış Elvin Məmmədovla Alberto Noquera bu dəfə ehtiyatda qalıb. Əvəzində Yure Travnerlə Cavid Hüseynov "11-lik"də yer alıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər