"Rəvan" Premyer Liqanın XXXIV turunda "Simurq"u qəbul edəcək. Fanat.az xəbər verir ki, bu tərəflər arasındakı çempionatda 10-cu matç olacaq.
"Simurq" "Rəvan"la oyunlarda böyük üstünlüyə malikdi. Belə ki, 9 matçdan 5-də Zaqatala təmsilçisi qələbə qazanıb, 4-də heç-heçə qeydə alınıb. Bakılılar rəqib qapısına 3 dəfə yol tapa bilib. Zaqatala klubu isə buna 12 topla cavab verə bilib.
Son 4 qarşılaşmada "Rəvan" qol da vura bilməyib. Mövsümün hər 3 matçında "Simurq" qalib gəlib - 2:0, 3:0, 2:0.
| 19.08.2011 | Simurq (Zaqatala) – Rəvan (Bakı) | 1:1 |
| 04.11.2011 | Rəvan (Bakı) – Simurq (Zaqatala) | 1:1 |
| 08.04.2012 | Rəvan (Bakı) – Simurq (Zaqatala) | 0:0 |
| 06.05.2012 | Simurq (Zaqatala) – Rəvan (Bakı) | 1:1 |
| 15.09.2012 | Rəvan (Bakı) – Simurq (Zaqatala) | 0:2 |
| 20.12.2012 | Simurq (Zaqatala) – Rəvan (Bakı)* | +:- |
| 04.08.2013 | Simurq (Zaqatala) – Rəvan (Bakı) | 2:0 |
| 20.12.2013 | Rəvan (Bakı) – Simurq (Zaqatala) | 0:3 |
| 16.03.2014 | Simurq (Zaqatala) – Rəvan (Bakı) | 2:0 |
Qeyd: texniki nəticə top fərqində nəzərə alınmayıb.
Fanat.az