"Neymar sərgilədiyi oyunla möhtəşəm karyera quracağına işarə vurur. "Barselona"ya uyğunlaşma dönəmi çətin keçdi. Yaxın gələcəkdə dünyanın ən yaxşı futbolçularından biri olacağı dəqiqdi". Fanat.az xəbər verir ki, bu sözləri "Real"ın ulduzu Kriştiano Ronaldo deyib.
Portuqaliyalı ulduz yığmasının dünya çempionatındakı şanslarını da dəyərləndirib: "Portuqaliya milli komandası olaraq mundialın favoriti deyilik. Amma uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik. Çətin qrupa düşdüyümüzü anlayırıq. Məncə qruplar arasında ən çətini bizimkidi. Almaniyaya qarşı çətin matç oynayacağıq. Sonra isə Qana və ABŞ-la qarşılaşmalarımız var".
Fanat.az