Qol futbolun bəzəyidisə, gözəl qol ötürmələrinin də yeri başqadı. Əlbəttə, assistentlik məharəti yüksək olan oyunçulara həmişə ehtiyac var. Fanat.az-ın hesablamalarına görə, 2013/14 mövsümündə Premyer Liqamızda “zərgərlik” bacarığını ortaya qoyanlar arasında Flavinyo liderdi.
“Neftçi”nin braziliyalı yarımmüdafiəçisini çempion “Qarabağ”ın Surinam əsilli holland yarımmüdafiəçisi Leroy Corcla “Xəzər Lənkəran”lı Sadio Tounkara izləyir. Hərəyə 7 məhsuldar ötürmə verən Leoryla Sadioya yerlilərin ən yaxşı qol hazırlayıcısı Vaqif Cavadov aşağıdan yuxarı baxır. Ən azı 5 dəfə qol “bişirənlər”in siyahısı isə belədi:
Flavinyo (Neftçi) – 8
Leroy Corc (Qarabağ) – 7
Sadio Tounkara (Xəzər Lənkəran) – 7
Vaqif Cavadov (İnter) – 6
Leonardo da Silva (Qəbələ) – 5
Muarem Muarem (Qarabağ) – 5
Ruslan Əmircanov (İnter) – 5
Ruslan Tağızadə (Qəbələ) – 5
Fanat.az