Kloze Ronaldoya çatdı

Kloze Ronaldoya çatdı
Almaniya yığmasının üzvü Miroslav Kloze dünya çempionatlarında vurduğu qolların sayını 15-ə çatıb. Fanat.az xəbər verir ki, Qana matçında komandasının ikinci qoluna imza atan alman futbolçu Ronaldonun rekorduna şərik olub.
İlk dəfə 2002-ci ildə Cənubi Koreya və Yaponiyada keçirilən dünya çempionatında debüt edən Kloze finala qədər irəliləyən Almaniyanın oynadığı 7 matçda forma geyinmiş 5 dəfə fərqlənmişdi. 2006-cı ildə almanların ev sahibliyi etdiyi mundialda meydana çıxan futbolçu ölkəsinin üçüncü olduğu turnirin yenə 7 matçında forma geyinmiş və 5 qola imza atmışdı. Bununla da o, "Qızıl buts"a sahib çıxmışdı. CAR-2010-da yenə iş başında olan Kloze 5 matçda 4 dəfə fərqlənmişdi.
DÇ-2014-ün Portuqaliya ilə ilk matçında meydana çıxmayan 36 yaşlı futbolçu Qana ilə qarşılaşmanın 69-cu dəqiqəsində forma şansı qazanıb və 2 dəqiqə sonra qol vurub. Bununla da Kloze 4 dünya çempionatında vurduğu qolların sayını 15-ə çatdırıb. Alman oyunçu daha bir qol vuracağı halda, Ronaldonu geridə qoyub mundialın ən sərrast oyunçusu olacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər