Kaxaber Tsxadadze: "Bizim üçün yaxşı nəticədi"

Kaxaber Tsxadadze: "Bizim üçün yaxşı nəticədi"

Topaz Premyer Liqasının II turunun açılış oyununda “İnter” səfərdə “Qarabağ”la qarşılaşdı. Fanat.az xəbər verir ki, son ölkə çempionu ilə qolsuz heç-heçəyə nail olan bakılıların baş məqşisi Kaxaber Tsxadadze oyundan sonra məmnun danışıb:

“Havanın isti olmasına baxmayaraq, maraqlı oyun oldu. Qol epizodları, mübarizə oldu. Sürətli oyunun olmasına isti hava imkan vermədi. Bizim üçün yaxşı nəticədir. “Qarabağ”a Avroliqada uğurlar arzu edirəm. Ümid edirəm ki, qrup mərhələsinə düşərlər. İki oyunda 4 xal toplamışıq, bu, yaxşı nəticədir. Qarşıdakı oyunlara baxmalıyıq”. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər