Kasilasın seriyası qırıldı

Kasilasın seriyası qırıldı
İker Kasilyasın dünya çempionatlarındakı quru seriyası qırılıb. Fanat.az xəbər verir ki, İspaniya yığmasının qapıçısı 477 dəqiqə sonra qol buraxıb.
İspaniya yığması DÇ-2014-ün qrup mərhələsi çərçivəsində Hollandiya ilə qarşılaşıb və 1:5 hesabı ilə yenilib. Kasilyasın seriyasını 44-cü dəqiqədə Robin van Persi qırıb.
Qeyd edək ki, Kasilyas DÇ-2010-un qrup mərhələsindən sonra dünya çempionatında keçirdiyi oyunlarda qol buraxmamışdı. 4 il əvvəl CAR-da keçirilən və İspaniyanın çempionluğu ilə yekunlaşan dünya çempionatının qrup mərhələsinin son matçında ispanlar çili ilə qarşılaşmış və 1:2 hesabı ilə yenilmişdi. Həmin oyunun 47-ci dəqiqəsində Rodriqo Millar Kasilyası məyus etmişdi. Bundan sonra Portuqaliya, Paraqvay, Almaniya və Hollandiyanı yenən İspaniya qol buraxmamışdı. Bu matçlarda qapını qoruyan Kasilyas bu günkü oyunun 44-cü dəqiqəsinədək 477 dəqiqəlik quru seriya qura bilmişdi.
Dünya çempionatlarının ən uzun quru seriyaları
1. Valter Zenqa (İtaliya) - 517 dəqiqə 
2. Peter Şilton (İngiltərə) - 500 dəqiqə
3. İker Kasilyas (İspaniya) - 477 dəqiqə
4. Zepp Mayer (Almaniya) - 474 dəqiqə
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər