Karpin və köməkçilərinin "qəpik-quruşu"

Karpin və köməkçilərinin "qəpik-quruşu"

Rusiyalı mütəxəssis Valeri Karpin İspaniya Sequndasında çıxış edən "Malyorka"nın baş məşqçisi təyin olunub. Fanat.az İspaniya mətbuatına istinadən xəbər verir ki, klubun məşqçilər korpusuna 1 il ərzində ümumilikdə 200 min avro ayırıb.

Karpinin 3 köməkçisi olacaq. "Spartak"ın sabiq baş məşqçisinə Xuan Xose Vila, Eduardo Dominqes və qapıçılar üzrə məşqçi Mikki Qarro kömək edəcəklər.

Qeyd edək ki, rusiyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb və o, cari mövsümdə komandasını Primeraya qaytarmağa çalışacağını bildirib. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər