Karateçilərimiz erməniləri əzişdirdi - VİDEO

Karateçilərimiz erməniləri əzişdirdi - VİDEO
Türkiyənin Ərzurum şəhərində 11-ci Beynəlxalq "Palandökən" turnirinin komanda kumite yarışlarında erməni idmançılarla tatamiyə çıxan karateçilərimiz rəqibi biabırcasına məğlub ediblər. Fanat.az xəbər verir ki, böyüklərdən ibarət seçmə komandanın üzvləri Pənah Abdullayev və Əli Cəfərov rəqibə heç bir şans vermədən 7:0 hesablı qələbələrlə komandamıza və onu dəstəkləyən böyük auditoriyaya gözəl anlar yaşadıblar. 
Komandanın heyətində həmçinin Yusif Əliyevlə Vüsal İsrafilov da yer alıb. 
Görüşdən dərhal sonra pərt vəziyyətə düşən ermənilər yarış zalını tərk ediblər. Diqqət mərkəzində olan o döyüşü və yarışdan sonra qaliblərin müsahibələrini təqdim edirik.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər