Ötən mövsümü "Qarabağ"da keçirmiş Ulriş Kapolonqonun Çexiya "Teplitse"sinə keçidi barədə xəbər vermişdik. Fanat.az-ın əldə etdiyi məlumata görə, konqolu hücumçu cari mövsümü də Azərbaycan klubunda çıxış edə bilərmiş.
Kapolonqonun xidmətini AZAL-a təklif ediblər. Futbolçu illik 100 min dollar məvacib istəyib.
Lakin "təyyyarəçilər"in baş məşqçisi Tərlan Əhmədov konqolunun onun oyun fəlsəfəsinə uyğun gəlmədiyini bildirərək, hücumçunun xidmətindən imtina edib.
Fanat.az