“Nikolas Kanales hazırda Ankaradadı. Viza problemini həll etmək üçün Türkiyəyə gəlib”. Bu sözləri Fanat.az-a açıqlamasında “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov deyib.
Klub rəsmisi Avroliqanın pley-off mərhələsində rəqibləri olan Belqrad “Partizan”ıyla ilk oyun ərəfəsində çilili forvardı sifariş etməyə hazırlaşdıqlarını vurğulayıb: “Oyuna 24 saat qalmış istənilən futbolçunun adını UEFA-ya göndərmək hüququmuz var. Sifariş ərizəsində isə iki boş yer saxlamışıq”.
Fanat.az