"Neftçi" Kanalesi gətirib ki, "Partizan"a qol vursun. Gözdə vuracaq... Adam sonuncu dəfə qol vurduğu tarixi unudub. Son oyununu aprelin 22-də keçirib, son qolunu yanvarın 28-də vurub. Alın bu da sizə Kanales....
"Neftçi"nin köhnə-yeni transferi Nikolas Kanales uzun müddətdi qol vura bilmir. Fanat.az xəbər verir ki, çilili forvard 7 aya yaxındı rəqib qapıçıları məyus edə bilmir.
Belə ki, Kanales son qolunu bu ilin yanvar ayının 28-də vurub. "Santyaqo Vanderers"in formasını geyinən futbolçu "Kobreloa" ilə oyunun 27-ci dəqiqəsiqdə rəqib qapısına yol tapıb. Bu qol komandasının 1 xal qazanmasına səbəb olub - 2:2.
Bundan sonra 12 oyuna çıxan Kanales rəqib qapıçıları məyus edə bilməyib. Son rəsmi oyununu aprelin 22-də "Kobresal"a qarşı keçirən forvard artıq 199 gündü qol üzünə həsrət qalıb.
Fanat.az