İspaniya dünya çempionu olacaq: maraqlı ssenari

İspaniya dünya çempionu olacaq: maraqlı ssenari
Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) DÇ-2014-lə bağlı maraqlı araşdırma aparıb. Fanat.az xəbər verir ki, araşdırmanın nəticəsində ispaniyanın çemion olacağı müəyyənləşdirilib.
Araşdırma çempionata yollaran komandaların heyətindəki oyunçuların "karyeraları ərzində oynadıqları liqa və dünya çempionatı matçları, karyeraları ərzində vurduqları qol sayı, dünya çempionatından öncəki 2 ildə oynadıqları liqa və milli matçları, dünya çempionatından öncəki 2 ildə liqada vurduqları qol sayı" araşdırılaraq aparılıb. Nəticədə ən yüksək dəyərlərələ sahib 11 oyunçu ilə son 4 dünya çempionatında final oynayan komandaların zeyətində eyni kriteriyalar nəzərə alınaraq 11 ən yüksək dəyərlərə sahib 11 futbolçu müəyyənləşdirilib və müqayisə olunub.
Ssenariyə görə 13 iyulda oynanılacaq finalda İspaniya və Braziliya qarşılaşacaq. İspanların 2008, 2012-ci illərdəki Avropa və 2010-cu ildəki dünya çempionatından sonra ardıcıl 4-cü dəfə böyük turnirin qalibi olacağı müəyyənləşdirilib. Üçüncü yer uğrunda oyunda isə Argentina Fransanı yenəcək.
CIES-in ssenarisinə əsasən qrup mərhələsi belə yekunlaşacaq.
A qrupu: 1. Braziliya, 2. Xorvatiya, 3. Meksika, 4. Kamerun.
B qrupu: 1. İspaniya, 2. Hollandiya, 3. Çili, 4. Avstraliya.
C qrupu: 1. Yaponiya, 3. Kolumbiya, 3. Kot`D-İvuar, 4. Yunanıstan.
D qrupu: 1. İngiltərə, 2. İtaliya, 3. Uruqvay, 4. Kosta Rika.
E qrupu: 1. Fransa, 2. Ekvador, 3. İsveçrə, 4. Honduras.
F qrupu: 1. Argentina, 2. Nigeriya, 3. Bosniya və Hersoqovina, 4. İran.
G qrupu: 1. Portuqaliya, 2. Almaniya, 3. ABŞ, 4. Qana.
H qrupu: Belçika, 2. Rusiya, 3. Cənubi Koreya, 4. Əlcəzair.
1/8 final
Braziliya (U) - Hollandiya
Yaponiya - İtaliya (U)
Fransa (U) - Nigeriya
Portuqaliya (U) - Rusiya
Xorvatiya - İspaniya (U)
Kolumbiya - İngiltərə (U)
Ekvador - Argentina (U)
Almaniya (U) - Belçika
1/4 final
Braziliya (U) - İtaliya
Fransa (U) - Portuqaliya
İspaniya (U) - İngiltərə
Argentina (U) - Almaniya
1/2 final
Braziliya (U) - Fransa
İspaniya (U) - Argentina
3-cü yer uğrunda oyun
Fransa - Argentina (U)
Final
Braziliya - İspaniya (U)
Qeyd: Mötərəzədə göstərilən "U" hərfi oyunun qalibi olacaq - udacaq komandanı göstərir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər