İqor Getman AZAL-la oyunla (0:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, Georgi Çixradze cəzalı olduğundan “Simurq”u meydana çıxaran məşqçi qol imkanlarından yararlana bilmədiklərini deyib:
"Hər iki komandanı güzəştsiz mübarizə əzminə görə təbrik edirəm. Çempionatda hər bir oyun çətindi. Bu, çempionatın səviyyəsinin artdığını göstərir. Hər iki komanda qələbə qazanmaq istəyirdi, təəssüf ki, qol vura bilmədik. Futbolda əsas məqsəd qol vurmaqdı. Deyə bilmərəm ki, heç bir komanda bunu istəmirdi. Sadəcə qol imkanlarından istifadə edə bilmədik. Fürsətdən istifadə edib dostum Tərlan Əhmədovu təyinatı münasibəti ilə bağlı təbrik edirəm, AZAL-dakı işində uğurlar arzulayıram".
Fanat.az