Topaz Premyer Liqasının 3-cü turunun iki oyunu “İdman Azərbaycan” kanalı ilə yayımlanacaq. Fanat.az xəbər verir ki, azarkeşlər “Simurq” – “Xəzər Lənkəran” və AZAL – “Neftçi” oyunlarını kanalın canlı efirində izləyə biləcəklər.
Qeyd edək ki, Zaqatalada baş tutacaq görüş avqustun 24-də, "AZAL Arena"dakı matç isə bir gün sonra keçiriləcək. Hər iki qarşılaşma saat 19:00-da start götürəcək.
Fanat.az