İK yenə "qılıncını siyirdi"

İK yenə "qılıncını siyirdi"

İntizam Komitəsi ölkə kubokunun 1/4  finalının ilk oyunlarında baş vermiş neqativ hallarla bağlı cərimə və cəzaları açıqlayıb. Fanat.az İK-nın qərarlarını diqqətinizə çatdırır:

“İnter” - “Neftçi” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 38-ci dəqiqəsində “Neftçi” klubunun azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiyi üçün klub 1000 manat ödəyəcək.

“Rəvan” - “Bakı” matçında “Bakı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

“Araz Naxçıvan” - “Xəzər Lənkəran” matçının 73-cü dəqiqəsində “Araz Naxçıvan” klubunun inzibatçısı Yunis Məhərrəmov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunub.

Oyunun 90+3-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun futbolçusu Alvaro Silva əl ilə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər