Zlatan İbrahimoviç “Twitter”dən ona güzəşt olunmasını xahiş edib. Qaydalara əsasən “Twitter”də yazılan ismarıc ən çoxu 140 simvoldan ibarət ola bilər.
Üçüncü şəxs kimi özündən danışmağı sevən Zlatan görünür öz əzəmətini çərçivəyə sığışdıra bilmir. İbra “Twitter” rəhbərliyindən ismarıc üçün çərçivənin genişləndirilməsini rica edib.
Qeyd edək ki, isveçli bombardir “Twitter” sosial şəbəkəsindən istifadə etmədiyini dəfələrlə bildirib. Lakin səhifədəki qeyd işarəsi profilin həqiqiliyini göstərir.
Fanat.az