"Bakı" AZAL-la oyuna tam heyətlə çıxmayacaq. Fanat.az xəbər verir ki, baş məşqçi Milinko Pantiç XXVI turun oyununda Mario Lukas Horvatın xidmətindən yararlana bilməyəcək.
Buna səbəb futbolçunun cəzalı duruma düşməsidi. "Qəbələ" ilə matçın 35-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanan sloveniyalı sarı vərəqə limitini doldurub. O, daha əvvəl "Rəvan", "Sumqayıt" və "Qarabağ"la oyunlarda "sarı" almışdı.
Fanat.az