Hollandiya millisi Robin van Persinin xidmətindən məhrum olub. Fanat.az xəbər verir ki, sarı vərəqə limitini dolduran hücumçu bu səbəbdən Çili matçını buraxmalı olacaq.
Bununla da Hollandiya 221 matçdan sonra meydana "Van"sız çıxacaq. Belə ki, "narıncılar" sonuncu dəfə 18 il əvvəl soyadı "Van"la başlayan oyunçusu olmadan oynamışdı. Həmin qarşılaşma 1996-cı ildə Çinə qarşı keçirilmişdi.
Qeyd edək ki, Hollandiya yığmasında soyadında "Van" olan daha iki futbolçu - Rafael van der Vaart və Qreqori van der Viel mütəmadi olaraq forma geyinir. Amma hər iki futbolçu zədə səbəbindən dünya çempionatına aparılmayıb.
Dünya çempionatlarında isə hollandlar artıq 20 ildi "Van"sız oynamır. "Narıncılar" sonuncu dəfə 1994-cü ildə ABŞ-da oynanılan mundialın Orlandoda baş tutan Belçikaya qarşı matçına "Van" olmadan çıxmışdı.
Fanat.az