Dahi alman futbolçu, karyerasını zədələr üzündən davam etdirə bilməyən Uli Hönessin sonradan ən uğurlu futbol funksionerlərindən birinə çevrildiyini bilirsiz. Dünyanın ən güclülərindən sayılan hazırki Münhen “Bavariya”sının yaradıcısının fəaliyyəti göz önündədi. Fanat.az xəbər verir ki, cinayətkar həyat tərzi sürdüyünə və vergilərdən yayındığına görə məhkəmə qarşısında cavab verən Hönessə dünən hökm oxunub.
Onun dövləti ilkin iddiada göstərildiyi kimi 3.5 yox, 27.2 milyon avro məbləğində aldatdığı üzə çıxarılıb və 3.5 il dəmir barmaqlıqlar arxasında qalmasına qərar verilib.
Fanat.az