Dünəndən məşqlərə başlayan “Qarabağ”ın ilk məşqini buraxan braziliyalı həmyerlilər - Riçard Almeydayla Çumbinyo gecə saatlarında Bakıya gəlib. Fanat.az xəbər verir ki, daha bir neçə gün vətəndə qalmaq istəyi ilə rəhbərliyə müraciət edən bu futbolçulara icazə verilməyib.
Çempionatın bombardiri Reynaldo isə hazırda Suraxanı Qəsəbə Stadionunda keçirilən məşqdə yoxdu. Sambaçı çərşənbə axşamı komandaya qoşulacaq. Xatırladaq ki, Çumbinyo və Almeyda Premyer Liqanın sonuna iki tur qalmış ölkəni tərk etmiş, Reynaldo isəBakıda qalaraq menecerini gözləməli olmuşdu.
Fanat.az