İngiltərə Premyer Liqasında oynanılan "Çelsi"- "Arsenal" matçını idarə edən hakim Marriner üzr istəyib. Fanat.az xəbər verir ki, o, görüşün 16-cı dəqiqəsində qaydanı pozan qonaqların futbolçusu Çemberleni yox, onun komanda yoldaşı Gibbzə qırmızı vərəqə göstərib.
Hakim açıqlamasında göstərdiyi qırmızı vərəqənin yanlış olduğunu qəbul edib. Referi buna görə üzr istəyib.
Xatırladaq ki, "Çelsi" - "Arsenal" oyunu meydan sahiblərini 6:0 hesablı qələbəsi ilə başa çatmışdı.
Fanat.az