Hafkanın qovduğu işçi özünü niyə asdı?- PROBLEM

Hafkanın qovduğu işçi özünü niyə asdı?- PROBLEM

"Bakı" klubunun prezidenti Hafiz Məmmədova məxsus “Bahar enerji” neft şirkətindən işdən çıxarılan neftçi intihar edib. 

Fanat.az xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat yayıb.

Hüquq müdafiəçisi bildirib ki, 40 yaşlı Kövsərov Etibar Nadir oğlu “Bahar enerji” əməliyyat şirkətində elektrik işləyib. Lakin ixtisarlar adı ilə işdən çıxarılıb.

İşini itirən elektrikçinin maddi durumu ağır olub: “Hafka” belə istəmişdi.  Etibar özünə iş tapa bilmirdi. O, bağında özünü asaraq intihar edib. 

Xatırladaq ki, bir müddət öncə Fanat.az portalı Hafkaya məxsus "Bahar enerji" şirkətində böhranın olduğunu və kütləvi ixtisarlar barədə xəbər yaymışdı. Ancaq qarşı tərəf məsələyə münasibət bildirməmişdi. Son proseslər isə göstərdi ki, doğrudan da, şirkətdə ciddi böhran var və məlum faciə də məhz bundan qaynaqlanır. 

Onu da qeyd edək ki, Məmmədova məxsus "Bakı" klubunda da böhran yaşanması və futbolçuların əməkhaqlarının gecikməsi ilə bağlı xəbərlər mətbuatın gündəmindən düşmür. Son olaraq FİFA bu məsələ ilə bağlı AFFA-ya və "Bakı" klubuna bir ay vaxt verib. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər