Hacıyevlə Syomin 2:1-i sevir

Hacıyevlə Syomin 2:1-i sevir
"Neftçi" və "Qəbələ" arasındakı matçlarda maraqlı tendensiya diqqəti çəkir. Fanat.az xəbər verir ki, rəqiblərin bu mövsüm Premyer Liqada baş tutan bütün oyunları eyni hesabla başa çatıb.
Belə ki, IX, XVII və XXV turlarda baş tutan oyunlarda Böyükağa Hacıyevin komandası "Qəbələ"ni 2:1 hesabı ilə yenib. XXXIII turun cümə günü baş tutan qarşılaşmasında isə Yuri Syominin yetirmələri "Neftçi"ni eyni hesabla üstələyib.
Daha bir maraqlı məqam ondan ibarətdi ki, "Qəbələ" "Neftçi" ilə oyunlarda uğursuzluq seriyasına son qoyub. Belə ki, bölgə klubu düz 18 aydı paytaxt təmsilçisinə qalib gələ bilmir. "Qəbələ" "Neftçi"ni sonuncu dəfə 2012-ci ilin 3 noyabrında, 2:1 hesabı ilə yenmişdi. Bundan sonra baş tutan 5 oyunda 4-də "ağ-qaralar" qələbə qazanmış, bir matçda isə qalib müəyyənləşməmişdi.
Qeyd edək ki, "Neftçi" və "Qəbələ" cari mövsümdə daha bir oyun keçirəcək. Belə ki, rəqiblər Azərbaycan Kubokunun finalında üz-üzə gələcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər