Güvənc Kurtar: "Qalib gəlmək gözəl hissdi"

Güvənc Kurtar: "Qalib gəlmək gözəl hissdi"

Güvənc Kurtar AZAL-la oyunla (1:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Rəvan”ın baş məşqçisi oyunu şərh edib:

"Bütün futbolçularımı təbrik edirəm. Yenə də oyunu 10 nəfərlə başa vurduq. Buna baxmayaraq, sona kimi qələbə qazanmağı düşündük. Cərimə zərbəsindən qol vurduq. Rəqib çox intizamlı oynayır, məğlub olduğu oyunlarda belə yaxşı oyun göstərir. Qalib gəlmək gözəl hissdi. Rəqibə demək olar ki, qol imkanı vermədik, bunu müsbət hal kimi dəyərlənidirirəm. Bundan sonrakı oyunlarda rəqiblərə qarşı daha rahat oynamalıyıq. Uzun zamandı qalib gələ bilməməyin yaratdığı psixoloji təsir var futbolçlarda. Yerli futbola dəstək verməyə çalışırıq. Heyətimizdə beş gənc futbolçu var, bu gün onlardan üçünü oynatdıq. Çoxlu qol buraxdığımız üçün oyunu müdafiədən qururuq". 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər