Güvənc Kurtar məğlub komandasını təbrik etdi

Güvənc Kurtar məğlub komandasını təbrik etdi

Güvənc Kurtar "Simurq"la oyunla (0:2) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Rəvan”ın baş məşqçisi bacardıqları qədər mübarizə apardıqlarını deyib:

“Rəqibi qələbə münasibətilə təbrik edirəm. Öz komandamı da təbrik edirəm, bacardığımız qədər mübarizə apardıq. Əsas heyətin 8 futbolçusu bu gün heyətdə olmasa da, bura ən azından heç-heçə üçün gəlmişdik. Təəssüf ki, cərimə zərbəsindən vurulmuş qol planlarımızı alt-üst etdi. Ardınca da ikinci qolu buraxdıqdan sonra qalib gəlmək şansımız azaldı. “Simurq” doğma meydanda çox yaxşı oynayan komandadı. Daha da yaxşı oynaya bilərdik, heç-heçə edə bilərdik. Qarşıdakı kubok oyununa hazırlaşacağıq. Cəzalı və zədəli futbolçularımız var. Hər iki komandanı təbrik edirəm”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər