Voleybol üzrə qadınlar arasında Azərbaycan Süper Liqasında XI turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, xəbər verir ki, dünən voleybol mərkəzində "Azəryol" - "Azərreyl" və "İqtisadçı" - "Lokomotiv" cütləri qarşılaşıblar.
İlk olaraq meydana birincilər çıxıblar. Gərginliyi ilə yadda qalan görüşdə Ancelo Vercessinin yetirmələri 2 xallı qələbə qazanıblar. "İqtisadçı" - "Lokomotiv" dueli də eyni ssenari ilə keçib. 5 setlik gərgin mübarizənin sonunda universitet təmsilçisi sevinən tərəf olub.
Super Liqa
10 mart
Azəryol - Azərreyl 3:2 (25:13, 25:20, 19:25, 23:25, 15:13)
İqtisadçı - Lokomotiv 3:2 (25:20, 19:25, 23:25, 25:23, 15:11)
| N | Klub | O | Q | M | S/F | X/F | X |
| 1. | Rabitə | 10 | 9 | 1 | 28-5 | 817-645 | 27 |
| 2. | Azəryol | 11 | 9 | 2 | 28-18 | 1031-981 | 23 |
| 3. | İqtisadçı | 11 | 7 | 4 | 25-20 | 998-949 | 21 |
| 4. | Azərreyl | 11 | 3 | 8 | 18-27 | 853-1016 | 12 |
| 5. | Lokomotiv | 11 | 3 | 8 | 18-27 | 1053-1036 | 11 |
| 6. | Telekom | 10 | 1 | 9 | 9-29 | 785-896 | 2 |