"Sevinirəm ki, daha bir il "İnter"də çıxış edəcəm. Mənə göstərilən etimada görə klub rəhbərliyinə və baş məşqçiyə təşəkkür edirəm. Çalışacağam ki, gələn mövsümdə də komandaya fayda verim". Fanat.az xəbər verir ki, bu sözləri "İnter"lə müqavilə müddətini bir illik artıran Slavko Georgievski deyib.
Makedoniyalı futbolçu gələn mövsümün sonunda karyerasını bitirə biləcəyini bildirib: "Artıq iki ildi "İnter"in formasını geyinirəm və bu klubda məni hər şey qane edir. Ola bilsin ki, növbəti mövsüm mənim futbolçu karyeramda sonuncu olsun. Lakin indi ancaq gələcək oyunlar haqqında düşünürəm. Qarşıda bizi Avropa Liqasında çıxış gözləyir və bu oyunlara ciddi hazırlaşmalıyıq".
Fanat.az