Fransa yığmasının azarkeşləri şok xəbər alıb. Fanat.az xəbər verir ki, millinin əsas silahı Frank Riberi dünya çempionatına qatıla bilməyəcək.
Buna səbəb ulduz futbolçunun zədəli olmasıdı. "Bavariya"nın üzvünün zədəsi sağalmayıb və bu səbəbdən adı heyətdən çıxarılıb. Millinin baş məşqçisi Didye Deşam onun əvəzində "Monpelye"nin futbolçusu Remi Kabellanın adı siyahıya salınıb.
Riberidən başqa Klement Qrenyerdə zədə səbəbindən 23 nəfərlik heyətdən çıxarılıb. Onu "Soutqempton"dan Morqan Şkneyderlin əvəzləyib.
Fanat.az