Fransa və İsveçrə klubları millimizin üzvü ilə maraqlanırlar

Fransa və İsveçrə klubları millimizin üzvü ilə maraqlanırlar
Rusiyanın voleybol çempionatında çıxış edən Azərbaycan millisinin üzvü Avropa klublarının diqqət mərkəzindədi. Fanat.az xəbər verir ki, hazırda "Omiçka"nın şərəfini qoruyan Natalya Məmmədovanın növbəti mövsüm bu komandada qalmayacağı artıq dəqiqdi.
Qonşu ölkə mətbuatında tərəflərin müqaviləni uzatmadığı bildirilir. Təcrübəli hücumçumuzun keçidində bu dəfə Fransanın "Kann" və İsveçrənin "Volero" klubları maraqlıdı. Məmmədovanın adı əvvəllər də formasını geyindiyi "Azəryol"la (sabiq "Azərreyl") da yanaşı hallanır. 
Xatırladaq ki, "Omiçka"da iki il oynayan Məmmədova ilk mövsümdə Rusiya çempionatında ən çox fərqlənən, min hücumu keçən yeganə oyunçu olmuşdu. Azərbaycanlı voleybolçu həmçinin, birinciliyin ən yaxşı ikincisi seçilmişdi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər