Foqtsun köməkçisi qovuldu

Foqtsun köməkçisi qovuldu
Milli komandamızın baş məşqçisi Berti Foqtsun sabiq köməkçisi Olaf Yansen istefaya göndərilib. Fanat.az xəbər verir ki, alman mütəxəssis Almaniyanın II Bundesliqasında çıxış edən "Dinamo"dan kənarlaşdırılıb.
Drezden klubu son turda "Arminiya"ya 2:3 hesablı məğlub olub və II Bundesliqada qalmaq üçün pley-off oyunları keçirmək şansını itirib. Klub rəhbərliyi III Bundesliqaya yuvarlanan komandanın baş məşqçisini istefaya göndərib. Bu barədə "Dinamo"nun rəsmi saytı məlumat yayıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər