Foqts favoritlərini açıqladı

Foqts favoritlərini açıqladı
"Almaniya ilə yanaşı, Braziliya və İtaliya yığmalarını favorit görürəm. Favoritlər sırasında Fransanı söyləməyə çətinlik çəkirəm. Belçika mənə yaxşı komanda təsiri bağışladı. Həmçinin Çili yığması. Bizimlə oyunda onların yaxşı komanda olduğu görünürdü". Fanat.az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Berti Foqts deyib.
Alman mütəxəssis vətənində verdiyi açıqlamada dünya çempionatı üçün favoritlərini açıqlayıb: "İspaniya millisi son dünya çempionatında uğurlu çıxış etdi. Onlar son görüşdə də əla təsir bağışladılar. Ancaq siz ispanlara qarşı ispan futbolu oynaya bilmərsiniz. Onlara qarşı alman futbolu nümayiş etdirməlisən. Topu ispanlardan daha yaxşı özündə saxlamaq lazımdı".
Foqts Avropa komandalarının dünya çempionu olmaq şanslarını dəyərləndirib: "Bütün avropalılar bu qitədə oynayan ən yaxşı cənubi amerikalı futbolçuları, braziliyalıları əla tanıyırlar. Məsələn, biz Neymar və Dantenin zəif və üstün cəhətlərini yaxşı bilirik. Avropalı məşqçilər Braziliyaya qarşı müdafiədə 4 futbolçu ilə necə oynamalı olduqlarını müəyyənləşdiriblər. Daha öncə Cənubi Amerika komandalarını tanımırdıq. İndi isə vəziyyət dəyişib və bu Avropa komandaları üçün əlavə üstünlükdü. Əgər indi Avropa komandası çempion olmasa, bir də heç vaxt dünya kubokuna sahib çıxmayacaq". 
Millimizin baş məşqçisi Kriştiano Ronaldo barədə də fikrilərini bildirib: “Onun zədəli olması Portuqaliya millisi üçün uğursuzluq olar. Amma ümid edirəm ki, Ronaldo toparlanıb öz komandasına kömək edəcək. Həm də bizim üçün elə bir ulduzu mundialda izləməmək pis olar”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər