Finalın hakimləri müəyyənləşdi

Finalın hakimləri müəyyənləşdi
Avropa Liqasının final matçını idarə edəcək hakim müəyyənləşib. Fanat.az xəbər verir ki, UEFA mayın 14-də "Yuventus Arena"da "Brnfika" və "Sevilya" arasında baş tutacaq finalı alman Feliks Brixə tapşırıb. 
38 yaşlı FIFA referisinə həmyerliləri Mark Borş və Stefan Lupp yardım edəcək. Qarşılaşmanın dördüncü hakimləri Milorad Maziç, əlavə köməkçi hakimləri Tobias Velz və Bastian Dankert olacaq.
Feliks Brix indiyədək 50 beynəlxalq oyunda fit çalıb. O, cari mövsümdə "Barselona" və "Atletiko" arasında Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsindəki ilk oyunu idarə edib və ötən mövsüm Amsterdamda keçirilən Avroliqa finalının dördüncü hakimi olub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər