"Komanda qara zolağa düşmüşdü. Ancaq biz çempionatın son üç oyunun qazandıq. Həmçinin, ölkə kubokunun finalına yüksəldik. Əgər kuboku qazana bilsək, bu, bizim klubumuz üçün tarixi hadisə olacaq. Beləliklə, Yuri Syominin rəhbərliyi altında hələlik hər şey yaxşı gedir". Fanat.az xəbər verir ki, bu sözləri İTAR-TASS informasiya agentliyinə "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov deyib.
Syominin müqaviləsi yayda bitəcək. Vitse-prezident bildirib ki, baş məşqçinin qalıb-qalmaması özündən aslıdı: "Düşünürəm ki, biz bu haqda ölkə kubokunun finalından sonra danışacağıq. Əgər Syomin istəsə, "Qəbələ"nin baş məşqçisi olaraq, qalacaq. Onunla müqaviləsini uzatmaq istəyimiz var".
Nəcəfov həmçinin, qeyd edib ki, Moskva “Spatak”ı təmsilçilərinin Syominlə əlaqəyə girməsi haqda məlumatı yoxdu. KİV-in məlumatlarına görə, Rusiya klubu rəhbərliyi komandanın baş məşqçisi kimi, onun namizədliyini gözdən keçirirlər.
Syominin özü telefon danışığında “Spartak”a mümkün təyinatını şərh etməkdən imtina edib: “Mən mövsümün həlledici məqamına köklənmişəm. “Qəbələ”ni ölkə çempionatının və Kubokunun finalında vacib oyunlar gözləyir. Digər mövzulara dair yalnız bu oyunlardan sonra danışa bilərəm".
Fanat.az