Azərbaycanı və "Qəbələ" İdman Klubunu peşəkar boksda təmsil edən Fariz Yusifov alman Matias Pelklə döyüşdən öncə mətbuat konfransı keçirəcək. Fanat.az xəbər verir ki, peşəkar boksçumuz şənbə günü Qəbələdəki "Karvansaray" oteldə jurnalistlərin önünə çıxacaq.
Qeyd edək ki, Fariz Məmmədovla Matias Pelk ötən ilin dekabrında Qəbələdə döyüşə çıxmışdı. Həmyerlimiz ağır zədə səbəbindən yarışı yarımçıq dayandırmış və məğlub olmuşdu. Buna əsas səbəb Farizin hələ döyüşdən əvvəl bir qabırğasının sınması olmuşdu. Bu dəfə tərəflər revanş matçına çıxacaq.
Pelkin daha öncə keçirdiyi 21 döyüşün hamısını qələbə ilə başa vurub və bunlardan 11-də nokaut qeydə alınıb. Məmmədov isə 17 döyüşdən 14-də qalib gəlib, 2-də uduzub, 1 görüşdə isə heç-heçə qeydə alınıb.
Fanat.az