Ərzuruma düzlən!

Ərzuruma düzlən!

Yeniyetmə və gənc karateçilərdən ibarət seçmə komandalarımız 15-17 avqust tarixlərində Türkiyənin Ərzurum şəhərində beynəlxalq turnirdə iştirak edəcək. Fanat.az xəbər verir ki, 11-ci Palandökən turnirinə 13 idmançımız qatılacaq.

Yeniyetmələrin böyük məşqçisi, əməkdar məşqçi Anar Allahverdiyev aşağıda adları qeyd edilən heyətin yarışda mübarizə aparmasına üstünlük verib.

 14-15 yaşlı yeniyetmlər

1. Hümmət Balakişiyev (-52 kq)

2. Riyad Feyzizadə (-63 kq)

3. Murad Balakişiyev (-70 kq)

4. Murad Hacızadə (+70 kq)

5. Fidan Teymurova (-47 kq)

6. Şölə Həsənova (-54 kq)

 16-17 yaşlı gənclər

7. Vidadi Xaliqov (-55 kq)

8. Ülvi Qurbanov (-61 kq)

9. Eljan Məmmədrzayev (-68 kq)

10. Ruslan Cəfərzadə (-76 kq)

11. Emil Güləhmədov (+76 kq)

12. Aytac Əliyeva (-53 kq)

13. Fəridə Əliyeva (+59 kq)

Ayın 13-də səfərə çıxan idmançılarımız avqustun 18-də vətənə dönəcəklər.  

 Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər