Ən yaxşı "əkə"di

Ən yaxşı "əkə"di
Topaz Premyer Liqasının XXV turunun rəmzi komandası açıqlanıb. Fanat.az xəbər verir ki, "InStat Football" şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik məlumatlara əsasən ötun turun ən yaxşı "11-liy"ndə yenə "Qarabağ"ın üstünlüyü var.
Belə ki, Ağdam klubunun 6 futbolçusu rəmzi komandaya düşüb. "Neftçi"dən 3, "Qəbələ" və "Rəvan"dan bir futbolçu fərqlənib. 
Turun ən yaxşı oyunçusu isə "Qəbələ"nin qapısına 2 qol vuraraq "Neftçi"yə qələbə qazandıran Bahodir Nasimov olub.
Qapıçı: İbrahim Sehiç (Qarabağ).
Müdafiəçilər: Bruno Bertuççi (Neftçi), Rəşad Sadıqov (Qarabağ), Bədavi Hüseynov (Qarabağ), Mahir Şükürov (Neftçi).
Yarımmüdafiəçilər: Reynaldo Silva (Qarabağ), Lorenzo Ebesilio (Qəbələ), Çumbinyo (Qarabağ), Leroy Corc (Qarabağ).
Hücumçular: Bahodir Nasimov (Neftçi), Miloş Adamoviç (Rəvan).
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər